“Ərdoğan Təbriz hava limanına sığınmışdı!” - Gizli qalmış fakt açıqlandı

Aztabriz 10 views
Giperssilka.ru Qərbi Asiya mənbələrinə istinadən xəbər verir ki, siyasi ekspert Məhəmməd Rza Mərəndi şəhid general Hacı Qasim Süleymaninin bölgədəki fəaliyyətlərindən danışıb: “5 il öncə sionizm cərəyanının ABŞ və Səudiyyə Ərəbistanı ilə birlikdə Türkiyədə Fətullah Gülənin başçılığı ilə çevriliş planlaşdırdığını gördük. Fətullah Gülən həm təkfirçi, həm də şiələrə müxalif bir şəxs idi”. O, sözlərinə əlavə edib ki, İran artıq Ərdoğana qarşı çevriliş olduğunu bildirmişdi: “Əvvəlcə türklər bunu ciddi qəbul etmədilər. Ancaq, çevriliş zamanı yenə Hacı Qasim Süleymani Ərdoğana ölkəni tərk etməməyi, eləcədə xalqa küçələrə çıxıb çevrilişin qarşısını alması mesajını verməsini təklif etdi. Cənab Ərdoğan isə öz xalqına bu mesajı Təbriz hava limanında verdi. Cənab Ərdoğan artıq İstanbul və Ankarada özünü təhlükəsiz hiss etmədiyi üçün Təbrizə köçürüldü və Təbriz hava limanında türk təyyarəsinin yanında öz xalqına mesaj göndərdi”.

Add Comments