İran sənədli filmi Amerika beynəlxalq film festivalında diqqət çəkib

Aran 0 views
İran istehsalı olan “Murad” sənədli filmi ABŞ-da keçirilən 55-ci “Wordfest Houston” beynəlxalq festivalının bürünc mükafatını qazanıb.

Ruhullah Fəxronun prodüseri və rejissoru olduğu “Murad” sənədli filmi ABŞ-da keçirilən beynəlxalq “Wordfest Houston” festivalının REMI AWARDS bölməsində bürünc mükafata layiq görülüb.

Bu film daha əvvəl İtaliyada keçirilən Vezuvi festivalında ən yaxşı rejissor mükafatını və 2022-ci ildə 55-ci Beynəlxalq Wordfest Hyustonda Kanada, Amerika və İtaliya filmlərini geridə qoyaraq ən yaxşı qısametrajlı sənədli film mükafatını qazanmışdı.

ABŞ-ın Hyuston şəhərində hər il keçirilən "Wordfest" festivalı 60 ildən çox əvvəl 1961-ci ilin avqustunda beynəlxalq kino assosiasiyası kimi təsis edilib.

"Wordfest Houston" 1968-ci ilin aprelində beynəlxalq rəqabətli film festivalına çevrilən və hazırda Nyu York və San Fransisko ilə birlikdə Şimali Amerikanın üç ən böyük festivalından biri hesab edilən dünyanın ən qədim müstəqil film festivalıdır.

Add Comments