İrandan Rusiyaya ixracın artması

Aran 13 views
Rusiya Gömrük məlumatları göstərir ki, İrandan Rusiyaya məhsul ixracı yüzdə 105 artaraq 1 milyard dollarlıq dəyər səviyyəsinə çatıb.

 

IRIB-nin məlumatına görə, Rusiya Gömrük statistikası göstərir ki, İrandan bu ölkəyə məhsul ixracı 2020-ci ilə nisbətən 105 faiz artaraq dəyər baxımından bir milyard dollar səviyyəsinə çatıb.

Bildirilib ki, həmin dövrdə Rusiyadan İrana xüsusilə kənd təsərrüfatı məhsulları sahəsində ixrac 33 faiz artaraq 2,5 milyard dollar səviyyəsinə çatıb.

İranın Rusiyadakı səfiri Kazım Celali İran məhsullarının Rusiyaya ixracının heç vaxt bu qədər artmadığını və İrandan Rusiyaya məhsul ixracının 1 milyard dollar səviyyəsini yaşayaraq tarixi rekorda çatdığını qeyd edib.

Add Comments