Klamath Milli Meşəsində baş verən meşə yanğınlarından sonra Kaliforniyada fövqəladə vəziyyət elan edilib

Aztabriz 5 views
Kaliforniya qubernatoru Gavin Newsom Klamath meşə yanğınından sonra ştatda fövqəladə vəziyyət elan edib. İsti dalğası Amerikanın cənubundan şimal-şərqə qədər olan bölgələrini əhatə edib və milyonlarla Amerika vətəndaşının həyatına təsir edib. Son həftələr ərzində ABŞ-da baş verən kütləvi yanğınlar on minlərlə hektar meşə sahəsini külə çevirib. Bu ayın əvvəlindən Kaliforniya ştatı Amerikanın qaynar mərkəzlərindən biri olub və çoxsaylı yanğınların şahidi olub. İran Press xəbər agentliyinin verdiyi məlumata görə, Kaliforniya yanğınsöndürmə səlahiyyətliləri cümə günü başlayan bu yanğının çoxlu ziyan vurduğunu açıqlayıb. ABŞ Milli Yanğından Mühafizə Mərkəzi xəbərdarlıq edib ki, alovun qarşısını almaq təxminən bir ay çəkə bilər. Klamath ABŞ-ın Kaliforniya ştatında milli meşədir. Bu meşənin sahəsi 7033 kvadrat kilometrdir.

Add Comments