İran səfiri Azərbaycan XİN-in sözçüsü ilə görüşüb

Aztabriz 4 views
Tehran-Bakı əlaqələri haqda fikir mübadiləsi aparılıb İran səfiri Azərbaycan XİN-in sözçüsü ilə görüşüb Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə və İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi arasında görüş keçirilib. SəhərAzəri-nin məlumatına əsasən, bu barədə İran səfirliyi Teleqramda məlumat yayıb. Qeyd olunub ki, görüşdə ikitərəfli münasibətlərdəki son hadisələr nəzərdən keçirilib, eyni zamanda ikitərəfli, regional və beynəlxalq məsələlərdə iki ölkənin mövqeləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə media sahəsində əməkdaşlıq və iki ölkə arasında jurnalist nümayəndə heyətlərinin mübadiləsi məsələsinə toxunulub.

Add Comments