Şəhid Sərdar Süleymaninin qızına yazdığı məktub

Aztabriz 30 views
İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Gücü Komandiri General Hacı Qasim Süleymaninin həyat fəlsəfəsi, cihad, məzlumların və dünyanın qorxmuş uşaqlarının müdafiəsində şəhadət arzusu haqqında qızı Fatiməyə yazdığı məktubu belədir: “Bismillahir Rahmənir Rahim! Bu mənim son səfərimdir, yoxsa hələ yox? Nə olursa-olsun, razıyam. Bu yazını bu səfərdə sənə mənsiz darıxdığın zamanlarda bir xatirə olması üçün yazıram. Ümidvaram, bu yazım sənin üçün faydalı olsun.

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Gücü Komandiri General Hacı Qasim Süleymaninin həyat fəlsəfəsi, cihad, məzlumların və dünyanın qorxmuş uşaqlarının müdafiəsində şəhadət arzusu haqqında qızı Fatiməyə yazdığı məktubu belədir:

“Bismillahir Rahmənir Rahim!

Bu mənim son səfərimdir, yoxsa hələ yox? Nə olursa-olsun, razıyam. Bu yazını bu səfərdə sənə mənsiz darıxdığın zamanlarda bir xatirə olması üçün yazıram. Ümidvaram, bu yazım sənin üçün faydalı olsun.

Hər dəfə səfərə başlayanda sizi bir daha görməyəcəyimi hiss edirəm. Yolboyu dəfələrlə gözlərimin önündə sizin sevgi dolu üzlərinizi bir-bir təsəvvür etmişəm. Həmçinin dəfələrlə sizi xatırlayıb ağlamışam. Sizin üçün darıxmışam, sizi Allaha tapşırıram. Sevgimi ifadə etmək üçün daha az fürsətim olub və daxili sevgimi sizə çatdıra bilməmişəm. Amma əziz balam, heç görübsən ki, bir kəs ayna qarşısında özünü görə və  gözlərinə deyə ki, mən sizi sevirəm? Bu çox az olur, amma gözləri onun üçün çox qiymətlidir. Siz mənim gözlərimsiniz. Desəm də, deməsəm də, siz mənim üçün əzizsiniz. 20 ildən çoxdur ki, sizi həmişə narahat edirəm. Allah iradə edib ki, ruhum bədənimdən çıxmasın və siz həmişə qorxulu yuxu görəsiniz. Qızım, bu aləmdə nə qədər fikirləşirəm və fikirləşmişəm ki, başqa bir işlə məşğul olum ki, sizi nigəran etməyim, edə bilməmişəm. Bu, mənim hərbiçi olmağa marağım olduğundan deyildi və deyil. İşim olduğu üçün də deyildi və olmayacaq da. Bu heç kimin məcbur etməsi və təkidi ilə olmamışdır və deyil. Xeyr, qızım, işim, məsuliyyətim, israr və ya məcburiyyət üzündən sizi bir anlıq narahat etməyə heç vaxt razı deyiləm. Qalmışdı ki, sizi həyatımdan çıxaram ya ağladam.

Bu dünyada hər kəsin özü üçün bir yol seçdiyini gördüm; biri elm öyrənir, digəri elm öyrədir, biri ticarətlə, digəri əkinçiliklə məşğuldur. Milyonlarla yol var və ya daha yaxşı olar deyim, hər bir insanın sayı qədər yol var. Hər kəs özünə bir yol seçmişdir. Mən hansı yolu seçməli olduğumu gördüm. Öz-özümə düşündüm və bir neçə mövzunu nəzərdən keçirdim. Özümdən soruşdum, ilk növbədə bu yol nə qədərdir və sonu haradadır? Mənim fürsətim nə qədərdir? Ümumiyyətlə, məqsədim nədir? Gördüm ki, mən müvəqqətiyəm, hamı da müvəqqətidir. Bir neçə gün qalıb və gedirlər.

Bəziləri neçə il, bəziləri on il, amma az insan yüz il yaşayır, ancaq hamı ayrılır və hamı müvəqqətidir. Ticarətlə məşğul olsaydım, nəticədə parlaq sikkələr, bir neçə ev və bir neçə maşınım olacaqdır. Ancaq bu istiqamətdə mənim taleyimə onların heç bir təsiri yox idi. Düşündüm ki, sizin üçün yaşayım. Bunun mənim üçün çox önəmli və dəyərli olduğunuzu gördüm. Əgər sizin bir yeriniz ağrısa, mənim bütün vücudum ağrıyar. Sizə bir çətinlik üz versə, özümü alov içində görərəm. Bir gün məni tərk etsəniz, varlığım bütünlüklə çökəcək. Bu qorxu və narahatçılığımı necə aradan qaldırmaq barədə düşündüm. Gördüm elə bir şəxsə yetişməliyəm ki, dərdimə əlac eləsin. O da, Allahdan başqası deyildi.

Siz vücudumun gülləri məni dəyərlim və xəzinəmsiniz. Gördüm ki, var-dövlətlə və qüdrətlə sizi qoruya bilmərəm. Əks təqdirdə, zənginlər və güclülər ölümlərinə mane olmalı idilər. Ya da sərvət və qüdrətləri onların çarəsiz xəstəliklərinin qarşısını almalı və xəstə yatağında yatmalarına mane olmalı idi. Mən Allahı və Onun yolunu seçmişəm. Bu cümləni ilk dəfədir ki, etiraf edirəm. Heç vaxt hərbçi olmaq istəmirdim. Heç vaxt məşhur olmağı sevmirdim. Mən o Şəhid Bəsicinin, sadə əsgərin pak ağzından çıxan Qasim sözünü heç bir məqama dəyişmərəm. Önünə və sonrasına bir şey artırılmadan sadəcə Qasım olmaq istəyirdim və istəyirəm. Ona görə də vəsiyyət etdim ki, qəbrimin üstünə sadəcə Əsgər Qasim yazsınlar. Qasim Süleymani də yox ki, böyük səslənir və xürcunun yükünü ağırlaşdırır.

Əziz balam, Allahdan varlığımın bütün damarlarını və bütün kapilyarlarımı Özünə sevgi ilə doldurmasını istədim. Həmçinin istədim ki, varlığımı Öz sevgisi ilə doldursun. Mən insan öldürmək üçün bu yolu seçmədim. Sən bilirsən ki, mən bir quşun başının kəsilməsinə də baxa bilmirəm. Mən insan öldürmək üçün deyil, insan öldürənlərin qarşısında dayanmaq üçün əlimə silah götürmüşəm.

Özümü təhlükədə olan hər bir müsəlmanın evi önündə əsgər kimi görürəm. Allahdan mənə dünyadakı bütün məzlumları müdafiə etmək gücünü verməsini istəyirəm. Yoxsa, əziz İslam üçün canımı verməyə həyatımın ləyaqəti yoxdur. Həmçinin məzlum bir şiə üçün də canımı verməyi faydalı bilmirəm, ancaq heç bir sığınacaq yeri olmayan o qorxmuş, çarəsiz uşaq üçün döyüşürəm. Həmçinin, qorxaraq uşağını sinəsinə almış qadın üçün döyüşürəm. Həmçinin arxasında qan izi qoyan qaçaq və təqib olunan bir köçkün üçün döyüşürəm.

Əziz balam, mən başqalarının rahat yata bilməsi üçün yatmayan və yatmamalı olan bir döyüşçüyə aidəm. Qoy mənim rahatlığım onların rahatlığına fəda olsun və rahat yatsınlar. Əziz qızım, siz mənim evimdə əmin-amanlıqda, izzətlə və fəxrlə yaşayırsınız. Fəryadına yetişən kimsəsi olmayan o çarəsiz qız üçün nə edə bilərəm? Heç nəyi olmayan və hər şeyini itirmiş o ağlayan uşaq üçün nə edim? Siz məni özünüz üçün nəzir edin və ona verin. Buraxın gedim, gedim, gedim. Necə qala bilərəm ki, mənim karvanımın hamısı gedib və mən ondan geri qalmışam.

Qızım, çox yorğunam. Otuz ildir ki, yatmıram, amma artıq yatmaq istəmirəm. Gözlərimə duz tökürəm ki, göz qapaqlarım yumulmasın, yoxsa mən qəflətdə olduğum üçün o pənahsız uşağın başını kəsərlər. Düşünürəm ki, o qorxan qız sənsən, Nərgizdir, Zeynəbdir. Qəssabxanada başı kəsilmək üçün yatan o yeniyetmə və gənc Hüseynim və Rzamdır. Məndən nə gözləyirsiniz? Müşahidəçi, qayğısız və ticarətçi olum? Xeyr, mən belə yaşaya bilmərəm”.

Add Comments