İran İslam Respublikası Ordusunun ən böyük hərbi gəmisi ordunun strateji dəniz qüvvələrinin donanmasına qatılıb.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeri, ordunun baş komandanı general-mayor Seyyed Əbdorrəhim Mousəvi, ordunun dəniz qoşunlarının komandanı kontr-admiral Hoseyn Xanzadinin iştirakı ilə «Məkran» gəmi-limanı «Eqtedar» dəniz hərbi təlimlərində əməliyyat istifadəsilə İran İslam Respublikası Ordusunun strateji dəniz qüvvələrinin donanmasına əlavə olunub.
«Məkran» gəmi-limanının missiyası, Rəəsulhəd, Ədən Körfəzi, Qırmızı dəniz və Babulməndəb boğazında dəniz təhlükəsizliyinin yaradılmasıdır.
«Məkran» naviqatoru 121 tonluq hərəkətdə olan bir adadır. Ordunun dəniz qüvvələri onu istifadə dəyişikliyi ilə iri vertolyotdaşıyan gəmi-lmanlarından birinə çeviriblər. Bu gəmi-limanın vəzifəsi, Hind Okeanının şimal bölgəsi, Babulməndəb boğazı və Qırmızı dəniz xüsusiyyət təşkil etməklə ucqar və beynəlxalq sularda ordunun dəniz qoşunlarının döyüş eskadralarına dəstək verməkdir.
Uzunluğu 228 metr, hündürlüyü 21,5 metr, eni 42 metr olan bu naviqator İranda ən böyük hərbi üzmə məntəqəsidir. O, 15 düyün sürəti ilə üzməyə qadirdir.