İraqın Kazimeyn şəhərində İmam Kazim(ə) zəvvarına hücum edilib

Aran 38 views
İnformasiya mənbələri dünən gecə İraqın Bağdad vilayətində yerləşən Kazimeyn bölgəsində dünya şiələrinin yeddinci imamı Həzrət İmam Kazim(ə) zəvvarına hücum edildiyini bildiriblər.

 

 İmam Musa ibn Cəfər(ə)-ın şəhadəti gecəsində baş vermiş bu hücumda bir qrup şəxsin ölməsi və yaralanmasından söz açır.

Deyilənlərə görə, Həzrət İmam Musa Kazim(ə) zəvvarına hücum əl qumbarası vasitəsilə həyata keçirilib.

Bəzi mənbələrin bildirdiklərinə görə, bu qumbaranı İmam Kazim(ə) zəvvarına tərəf atan terrorçu şəxs həbs olunub.

Bu terror hücumu Bağdadın «Əl-Əimmə» körpüsünün yaxınlığında baş verib.

İŞİD terror qrupunun İraqda məğlub olmasına rəğmən, hələ də bu terror dəstəsinin üzvlərindən bir qrupu bu ölkənin müxtəlif bölgələrində iştirak edir və pərakəndə şəkildə terror hərəkətlərinə əl atır.

Add Comments