Beynəlxalq "17 Rəbiüləvvəl Qarabağ" Konfransının yekun Bəyanatı

Sahar Azeri 30 views
17 Rəbiül-əvvəl, Qarabağ haqqında ən yüksək dialoq

Verilişin müddəti : 00:08:37

Tarix :        01-03-2021

 

-------------------------------------------------------

 

SəhərAzəri xəbər verir ki, Qum şəhərində keçirilən Beynəlxalq "17 Rəbiüləvvəl Qarabağ" Konfransının son  bəyanatında deyilir: 

Bismillahir-Rəhmanir-Rəhim

«وَ ما لَکُمْ لا تُقاتِلُونَ فی سَبیلِ اللَّهِ وَ الْمُسْتَضْعَفینَ مِنَ الرِّجالِ وَ النِّساءِ وَ الْوِلْدانِ الَّذینَ یَقُولُونَ رَبَّنا أَخْرِجْنا مِنْ هذِهِ الْقَرْیَةِ الظَّالِمِ أَهْلُها وَ اجْعَلْ لَنا مِنْ لَدُنْکَ وَلِیًّا وَ اجْعَلْ لَنا مِنْ لَدُنْکَ نَصیراً»

“Sizə nə olub ki, Allah yolunda və “Ey Rəbbimiz! Əhalisi zalım olan bu şəhərdən bizi çıxart, bizə Öz tərəfindən bir himayəçi və bir yardımçı göndər!” - deyən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?”

Azərbaycan, əhalisi qeyrətli, Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) aşiq, dərin mədəniyyət və tarixə sahib olan müsəlman bir ölkədir. Azərbaycan,  xüsusilə də Qarabağ bölgəsi, şiə tarixi boyunca böyük alimlərin beşiyi olmuşdur, bu yurdun alimləri elm və bilik səmasında parlamışdır. Kommunist rejiminin bu bölgədə 70 illik hakimiyyəti onun azad və şərəfli xalqının İslam dininə, əzəmətli Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) sevgisini azalda bilmədi. Bu qədim diyarın böyük xalqı İslam və Quran uğrunda, imperializm və fasid rejimlər qarşısında müqavimət göstərmişdir və bundan sonra da belə olacaqdır.

Azərbaycan və onun Qarabağı İslamın bir parçasıdır, onun işğal edilməsi zülmkarlıqdır, Quran və Əhli-beytin (ə) açıq-aşkar göstərişlərinə, habelə beynəlxalq qanunlara və tarixi məntiqə ziddir.

İnqilabın Böyük Rəhbəri həzrət Ayətullah əl-üzma Xamenei (Allah onun ömrünü uzun etsin) 1442-ci il 17 Rəbiüləvvəldə (2020-ci il 3 noyabr) Azərbaycan Respublikasının əhəmiyyəti, onun işğal olunmuş bütün ərazilərinin və Qarabağ bölgəsinin azad edilməsinin vacibliyi barədə açıq-aydın bəyanatla çıxış etdi. Ali Məqamlı Rəhbərin bəyanatının açıqlanması məqsədilə Elmi Hövzələrin və İran İslam Respublikasının digər qurumlarının təşəbbüsü ilə 1 martda Əhli-beytin (ə) evi sayılan müqəddəs Qum şəhərində din alimləri, mədəni və siyasi xadimlərin iştirakı ilə “Beynəlxalq 17 Rəbiüləvvəl Qarabağ Konfransı” keçirildi. Konfransın sonunda 11 maddədən ibarət bəyanat qəbul edildi. Bəyanat aşağıdakı kimidir:

1. İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətllah əl-üzma Xameneinin (Allah onun ömrünü uzun etsin) 17 Rəbiüləvvəl tezisini bütün dünyada irəli sürülmüş tezislərin ən üstünü və açıq-aydını bilir, onun izah edilməsi və həyata keçməsinin vacibliyini xatırladırıq.

2. Beynəlxalq qanunlara əsasən Qarabağ bölgəsi Azərbaycana aiddir və İslamın ayrılmaz parçasıdır. Biz də Quran ayələri, Peyğəmbər (s) və məsum imamların (ə) göstərişləri, İslam İnqilabının fəlsəfəsi, həzrət İmam Xomeyni (r) və Ali Məqamlı Rəhbərin (Allah onun ömrünü uzun etsin) tövsiyələrinə uyğun olaraq məzlumu müdafiə etməyi lazım bilirik, bu səbəbdən Azərbaycanın torpaqlarını müdafiə edirik, zülmə məruz qalmış xalqına dəstək veririk, belə inanırıq ki, Azərbaycan Respublikası dövləti və xalqı bu ərazləri geri almaqda tamamilə qanuni və dini addım atmışdır, bu hərəkəti ilə BMT TŞ-nın dörd qətnaməsini icra etmək niyyətində olmuşdur.

3. 17 Rəbiüləvvəl Qarabağ konfransında iştirak edənlərin təkidi budur ki, bölgədə sülh və təhlükəsizliyi yad qüvvələrə sığınmadan, onların və sionist düşmənin müdaxiləsi olmadan, öz müttəfiq və dostlarına arxalanmaqla gerçəkləşdirmək lazımdır.

4. Beynəlxalq təşkilatlardan gözlənti budur ki, ixtiyarında olan təzyiq vasitələrindən istifadə edərək işğalçı tərəfi Azərbaycan Respublikasının hakimiyyət haqqını tanımağa, işğalçılığa son qoymağa məcbur etsin.

5. Bəzi ölkələr iranfobiya və şiəfobiya dalğası yaratmaqla öz məşum və təfriqəçilik məqsədlərinin ardıncadır. Onlar İran İslam Respublikası hökuməti və xalqına qarşı bədbinlik yaratmaq, əsassız şayiələr yaymaqla Azərbaycan və İran xalqları arasında təfriqə salmaq, beləliklə, bölgənin əmin-amanlığını pozaraq öz çirkin niyyətlərinə çatmaq istəyirlər. Onlar müharibə və ixtilaf yaratmaqla bu bölgədə təkfirçi qüvvələrin, imperialist və sionist güclərin hüzur və nüfuzuna zəminə yaratmaq, bu vasitə ilə öz qanunsuz məqsədlərinə nail olmaq fikrindədirlər. Ona görə də müsəlmanların, xüsusilə də Azərbaycan Respublikasının şərəfli xalqının dini, əxlaqi və insani vəzifəsi budur ki, məkirli planlara tam ayıq-sayıqlıqla yanaşsınlar, əziz və dost Azərbaycan Respublikasının ərazi bütövlüyünü madafiə etsinlər, yadların bu İslam ölkəsində nüfuzu qarşısında və məkirli planlar qarşısında ehtiyatlı davransınlar, dostu düşməndən ayırd etsinlər.

6. Biz inanırıq ki, əlləri şiə və sünnidən tutmuş, xristian və druzlara qədər günahsız insanların qanına batmış, bölgəni fitnələrə çəkmiş yalançı sionist rejimi və təkfirçi qrupların rol ifa etməsi yeni bir nəhs plandan xəbər verir. Bu planı zərərsizləşdirmək üçün macaranın bütün tərəflərinin, ələlxüsus Azərbaycan Respublikasının əziz və başıuca xalqının bəsirətinə ehtiyac vardır.

7. Elmi hövzələr, böyük təqlid mərcələri, ustad və tələbələr İslam maarifi və onun nurani əhkamına uyğun olaraq, Azərbaycan Respublikasının rəşadətli xalqına dəstək verməyi və onu müdafiə etməyi özünə vəzifə bilir, indiyə kimi də daim onun yanında olmuşdur və bundan sonra da olacaqdır.  

8. İslam dini və Qurani-kərimin əsas sütunları olan müqavimət, cihad və şəhadət mədəniyyəti Aşura təfəkkürü və həzrət Əba Abdullah Hüseyn (ə) məntiqi ilə birlikdə dünya imperializmi və hegemonlarının hər hansı istismarçılıq və üstünlüktələbliyi qarşısında möhkəm bir sədd yartmışdır.

Elmi Hövzələr mənəviyyat, ağıla söykənən cihad, hüseynçi qəhrəmanlıq və irfan mədəniyyətinin dərinləşməsini və genişlənməsini qurtuluş və izzət səbəbi bilir, dünya və axirətin təzminedicisi sayır, dövlət və millətlərin milli iqtidara nail olmasını bu sadalanan mədəniyyətə əməl etməsnidə görür. Bu səbəbdən Azərbaycan Respublikasının alim, ziyalı və elitasından gözlənti budur ki, bəsirət və maarifləndirmə ilə düşmənin İran və Azərbaycan xalqları arasında təfriqəçilik yaratmaq üçün cızdığı planı zərərsizləşdirsinlər, iki ölkə arasındakı dərin tarixi, mədəni və dini bağlılıqlarda xələl yaranmasına icazə verməsinlər.

9. Ali Məqamlı Rəhbər vurğuladı: “... tərəflər beynəlxalq sərhədlərə riayət etməli, yəni ölkələrin beynəlxalq sərhədlərinə təcavüz etməməlidirlər; beynəlxalq sərhədlər qorunmalıdır. Sərhədlərimizin yaxınlığında terrorçuların yerləşdirilməsi də bizim üçün qəbuledilməzdir”. Buna əsasən, Azərbaycan Respublikasının hörmətli hökumətindən istəyirik ki, təkfirçi qrupların və sionist rejimi ünsürlərinin hüzuruna qarşı lazımi tədbir görsün və uyğun addımlar atsın.

10. İran və Azərbaycan ölkələri dərin tarixi, mədəni, dil və coğrafiya ortaqlıqlarına malikdirlər. İki ölkə arasındakı bu kimi potensiallar bütün sahələrdə həmrəylik və əməkdaşlığı inkişaf etdirmək üçün çox yüksək qabiliyyətlər hesab olunur.

Mövcud əməkdaşlıq prosesinə görə təşəkkür etməklə yanaşı məsul işçilər, elita, ustad, tələbə, xüsusilə də iki ölkənin cavanlarından istəyirik ki, tədbir və təlaşla iki ölkədə istifadə olunmamış iqtisadi, elmi, mədəni, ictimai və siyasi potensialları aktivləşdirsinlər, ikitərəfli münasibətləri ən yüksək səviyyəyə çatdırsınlar, belə ki, dünya üçün bənzərsiz bir nümunə olsun.

11. Sonda Azərbaycan xalqı və hökumətini son qələbələr münasibətilə səmimi təbrik edir, bu müharibənin ucaməqamlı şəhidlərinə Mütəal Allahdan ülvi dərəcələr diləyirik.

 

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh

 

 

-------------------------------------------------------

http://azeri.sahartv.ir/news

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

Add Comments