İslam İnqilabının Ali Rəhbəri Azərbaycan əhalisinin bir qrup nümayəndəsi ilə video görüş keçiriblər

Aran 13 views
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, regionda inkişaf etməkdə olan müqavimət imperializmin heybətini darmadağın edib.

 

 İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei Təbriz əhalisinin günəş təqvimi ilə 1356-cı il 29 bəhməndəki tarixi qiyamının ildönümü günü ərəfəsində Şərqi Azərbaycan vilayətinin əhalisindən bir qrupu ilə video-bağlantıda belə deyiblər: Regionda inkişaf etməkdə olan müqavimət imperializmin heybətini darmadağın edib və Amerikanın qarşısında xalqların dilini açıbdır ki, inqilabın davam etməsilə bu nemətin qədrini bilməliyik.

O həzrət əlavə ediblər: İnqilabın hədəfləri, əsl və hərtərəfli maddi və mənəvi inkişaf, ictimai ədalətin reallaşması, ölkənin qüdrəti, islami cəmiyyətin təşkili və sonda böyük və modern islami sivilizasiyanın formalaşmasıdır.

Həzrət Ayətullahuluzma Xamenei dincməqsədli nüvə enerjisini gələcəyin digər əsas ehtiyaclarından adlandırıb və belə söyləyiblər: Düşmən cəbhəsinin İranın nüvə məsələsi üzərində durması və bizim dincməqsədli istifadəmizdən xəbərdar olmalarına rəğmən, zalımcasına sanksiyalar tətbiq etməsi və İranın atom silahı ilə yaxın məsafədə olması kimi ehtimal edilən sözlərin bəyan edilməsinin səbəbi, İranın gələcək ehtiyacının təmin edilməsi istiqamətində ölkənin elmi inkişafının qarşısını almaqdır.

İslam İnqilabının Böyük Rəhbəri İranın müxtəlif sektorlardakı heyrətləndirici elmi irəliləyişi, həmçinin beynəlxalq mərkəzlərin İranın orta beynəlxalq səviyyədən bir neçə dəfə çox elmi inkişaf sürətini etiraf etmələrinə işarə ilə belə qeyd ediblər: İnqilab həmçinin tibb və sağlamlıq xidmətləri, su və elektrikin çəkilməsi, su bəndlərinin tikilməsi və yolçəkmə kimi əsas infrastrukturlarda heyrətgətirici irəliləyişlərə səbəb olubdur ki, əgər inqilab və cihadi hərəkət olmasaydı, mütləq şəkildə bu irəliləyişlər əldə olunmazdı.

O həzrət beynəlxalq mərkəzlərin inqilabdan sonra İranın iqtisadi göstəricilərinin yaxşılaşması haqdakı nəzərlərinə işarə ilə deyiblər: Dünyanın tanınmış iqtisadi mərkəzlərinin məlumatlarına görə, İranda böyük irəliləyişlər baş verib. Eyni zamanda daxili istehsalçının özünəinamının artması və bir çox vəsaitlərin istehsalında iqtisadi müstəqillik sahələrində mühüm irəliləyişlərimiz olub.

Həzrət Ayətullahuluzma Xamenei «iqtisadi təzyiq»i və «media əməliyyatı»nı, imperializmin İran xalqını quruluşdan ayırmaq və onun fikirlərinə əl gəzdirmək üzrə iki əsas vasitəsi adlandırıb və belə deyiblər: İnqilabın irəliləyişində təsirli olan mərkəzlərə və inqilab orqanlarına qarşı yalan söyləmək və töhmət vurmaq, media əməliyyatlarında istifadə edilən üsullardır.

Add Comments