Susuzluğun alın yazısı olduğu Azərbaycan

Aran 20 views
Azərbaycan Respublikasında “qəfil” quraqlıq baş verdiyindən ölkədə orta əsr metodu ilə içməli su təminatına start verilib. Biləsuvar rayonunda yaşanan daimi içməli su problemi daha da kəskinləşib.
Report xəbər verir ki, Aşağı Cürəli, Əsgərabad, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərində içməli su probleminin aradan qaldırılması məqsədilə bu yaşayış məntəqələrinə orta əsr metodu ilə su çəlləklərlə daşınacaq. Məlumatda o da bildirilir ki, su probleminin təsirlərinin azaldılması üçün hətta sözügedən kəndlərə bir ədəd su daşıyan avtomobil də ayrılıb. Hətta gələcəkdə zərurət yaranarsa, suyun çəlləklərlə daşınması üçün "Azərsu" tərəfindən əlavə texnikanın ayrılacağı müjdəsi də verilib

Add Comments