Daha bir-neçə inanclı əqidə məhbusları cərgəsinə qoşuldu
Azərbaycanda şiələrə qarşı repressiya davam edir, daha bir-neçə inanlı əqidə məhbusları cərgəsinə qoşuldu.
Şair, məddah Kamran Fərat adlı şiə inanclısı rejimin polisləri tərəfindən həbs edilib.
Bildirilir ki, Əhli-Beyt hərəmlərini terrorçu vəhhabilərdən müdafiə edən şair şiələrin və bütün azad insanların sevimlisi olan məşhur sərkərdə Hacı Qasim Süleymaniyə mahnı həsr etdiyinə görə, həbs edilib.
Məlumatda deyilir ki, aprelin 8-də Bakının Binə kəndində, Xocahəsən və Binəqədi qəsəbəsində dindarların kütləvi həbsi baş tutub. Saxlanılanlar arasında keçmiş hicab məhbusları və İranda dini təhsil alan ruhanilər çoxluq təşkil edir.
Əməliyyat çərçivəsində Bakı şəhəri Binəqədi qəsəbə sakini, keçmiş hicab məhbusu Elsevər İsayev da saxlanlıb. İki uşaq atası olan Elsevər İsayevi kimin və hansı səbəbdən apardığını, harda saxlanıldığını ailəsi bilmir.
Qeyd edək ki, Elsevər İsayev birinci hicab aksiyasında tutulanlardandır. O, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 31 oktyabr 2014- ci ildə saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxmışdı.
Keçmiş hicab məhbusu Arif Fətəliyevin də Binədə saxlanılıdığı xəbər verilir.
O, 5 oktyabr 2012-ci il tarixində "Hicaba azadlıq" şüarı ilə keçirilən etiraz aksiyasında həbs edilib. Nərimanov rayon məhkəməsi Arif Fətələliyevə 2 il həbs cəzası vermişdi. A.Fətəliyev 2014-ci ilin 3 oktyabr tarixində saxlanıldığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən sərbəst buraxılıb.
Binə kəndində keçirilən əməliyyatda kənd sakini ruhani Hacı Ələddin İbişov da tutulub.
Son aylar ailə rejiminin şiələrə qarşı repressiya və işgəncələrin tək səbəbi bu məzlum xalqın şiə əqidəsndə olmasıdır.