Twitter İnqilab Rəhbərinin istifadəçi hesabını bağlayıb

Aztabriz 17 views
Twitter ictimai şəbəkəsi söz azadlığını pozub və İslam İnqilabının Böyük Rəhbərinin istifadəçi hesabını bağlayıb. Bu sosial şəbəkə öz hərəkətinə bəhanə kimi, İslam İnqilabının Böyük Rəhbərinin istifadəçi hesabında Amerikanın keçmiş prezidenti Donald Trampdan intiqam almaq barədə klipin yayılmasını gətirib. «İntiqam qətidir» klipi «Qəhrəman hərəkatı»nda göndərilən seçilmiş əsərlərdən biridir. Bu klip şəhid Süleymaninin şəhadətinə göstəriş verənlərdən və onun qatillərindən intiqamdan söz açır. Həmçinin bir qayda olaraq, söz azadlığından dəm vuran Qərb ölkələri general Süleymaninin şəhadətinin ikinci ildönümü ilə bir zamanda bu şəhidlə bağlı olan paylaşımları və xüsusi olaraq, instaqramda qəhrəman mənasını verən hero həştəqi ilə verilən paylaşımları siliblər.

Add Comments