İsrailin “Haaretz” nəşri Azərbaycana İsrail silahlarının tədarükü ilə bağlı araşdırma aparıb. Qeyd olunur ki, İsrail hakimiyyəti “Azerbaijan Silk Air” aviaşirkətinə bu ölkəyə uçuşlar həyata keçirməyə icazə verib və 2016-cı ildən indiyədək ümumilikdə 92 uçuş həyata keçirilib. 2020-ci ildə uçuşların artması - Qarabağda müharibə zamanı baş verib. Bunun müqabilində İsrail neft məhsulları və İrana çıxış əldə etdi.