“ Heydər Əliyev ” adlı sənədli filimin yayımını reklam edən “Səhər” kanalının youtube səhifəsinin bağlanması səbəbilə kanalımız yeni səhifə açmaq qərarına gəldi. Bununla əlaqədar filmin vəd olunmuş yayımı hələlik reallaşmayacaq.
Qeyd edək ki, sənədli filmin yayımından nigaran olaraq qorxu hissi keçirən “Əliyevlər”in tayfa rejimi ifşa-edici materialların sosial şəbəkə istifadəçilərinin əlinə çatmaması üçün artıq bütün vasitələrə əl atır. “Əliyev rejimi” İranın youtube kanalını bağlatdırmaq üçün Bakıda yerləşən CMS media şirkətinə təzyiq edərək youtube səhifəmizi report etdirib.Rejimin diqqətinə çatdırmalıyıq ki, “Səhər“ kanalının vebsaytının Azərbaycan Respublikasında bloklanması və ya hər hansı səhifəsinin bağlatdırılması kimi addımlar informasiya yayımının qarşısını ala bilməyəcək.İrana qarşı qara-piar kampaniyasına birbaşa rəhbərlik edən İlham Əliyev son vaxtlar ölkəmizə qarşı ərazi iddiası ilə də çıxış edir.“Səhər“ kanalı Azərbaycan Respublikasında anti-İran təbliğatının arxa planını ifşa etmək üçün “Heydər Əliyev” sənədli filmini efirə hazırlamışdır, lakin Səhər kanalının əsas YOUTUBE səhifəsinin geri dönməsinə və yeni səhifənin kifayət qədər izləyici toplamasına qədər sənədli filmin yayımı təxirə salınır. Yeni youtube kanalımızın ünvanları: https://www.youtube.com/@saharazerihttps://www.youtube.com/@kompas.sahartv