Ali Məqamlı Rəhbərin yerli vaksinlə vaksinasiya olunması geniş əks-səda doğurub
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin yerli istehsal olan "Kovo İran Bərəkət" vaksini ilə vaksinasiya olunması medialarda və sosial şəbəkələrdə geniş şəkildə müzakirə olunub.
IRIB-nin məlumatına əsasən, İran mediaları və sosial şəbəkə fəallarının Ali Məqamlı Rəhbər Həzrət Ayətullahül-üzma Xameneiyə "Kovo İran Bərəkət" peyvəndinin birinci dozasının vurulmasının görüntülərini yaydıqdan sonra İranda, həmçinin ərəb dilli sosial şəbəkə istifadəçiləri arasında Vaksin-Korona-İranlı haştaqı trendə çevrilib.
İspan dilli medialar da İran peyvəndlərinin effektivliyinə toxunaraq, Ali məqamlı Rəhbər tərəfindən "Kovo İran Bərəkət" vaksininin vurulması, o, həzrətin yerli peyvəndlərin istifadəsinə və gənc iranlı alimlərin nailiyyətlərinə xüsusi diqqət yetirməsini rəvayətlərində qabardıblar.
Almaniya mətbuatı da o, həzrətin bu cümləsinə ki, buyurdu: İran peyvəndini gözləmək daha yaxşıdır, çünki onun istehsalı milli qürur məsələsidir, daha çox diqqət çəkiblər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri cümə günü səhər «Kovo İran Bərəkət» vaksininin birinci dozasını alınblar və bu milli iftixarın qorunması vacibliyini vurğulayıb.