Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiya rəhbərləri Şuşa şəhərinə səfər çərçivəsində Şuşa məscidlərini ziyarət ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiya rəhbərləri Şuşa şəhərinə səfər çərçivəsində Şuşa məscidlərini ziyarət ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiya rəhbərləri Şuşa şəhərinə səfər çərçivəsində Şuşanın mərkəzi meydanında Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın “güllələnmiş heykəllər”inə baxıblar.
Onlar Aşağı Gövhər Ağa məscidini ziyarət ediblər. Məsciddə ziyarət namazı qılınıb, dualar edilib, Quran oxunub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki digər dini konfessiyaların rəhbərləri Şuşa şəhərinə səfər çərçivəsində Şuşada yeni təməli qoyulmuş məscidin ərazisinə baş çəkiblər. Onlar əraziyə baxış keçirib və xeyir-dua veriblər.
Bundan sonra isə konfessiya rəhbərləri Şuşanın Saatlı məscidini ziyarət ediblər. səfər iştirakçıları məsciddə ziyarət namazı qılıb, dualar ediblər.
Daha sonra isə səfər iştirakçıları Cıdır düzündə olublar.
Qeyd edək ki, səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, İranın Azərbaycandakı Mədəniyyət Əlaqələri Mərkəzinin nümayəndələri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.