Ğəvvaslar ( Su Qurbanları )

Aztabriz 28 views
Ğəvvaslar ( Su Qurbanları ) Şer: Ustad Səməd Qasimpur

gün batarkən şəfəq altında hava qarə gyeirdi

yel də çırpıb özünü nəxəllərə böylə deyirdi :

bu gecə mövclü ərvənd bütün qan olacaqdır

bu gecə sevgili güllər saralarkən solacaqdır

bu gecə çoxlu bələmlər içinə qan dolacaqdır

nəxəllər saç yolacaqdır

bu gecə çoxları ərvəndidə məzlum yatacaqlar

bu gecə Allaha üşşaq, fəqət can satacaqlar

bu gecə bir gecədir aləmi gözdən atacaqlar

bəzm yarə çatacaqlar

bu gecə çoxlu rüqəyyə durub ağlar olar, olmaz?

əridən dunyada dağları bu dağlar olar olmaz?

çoxlu leyla bu gecə, əkbərinə ağlayacaqdır

aləmı dağlayacaqdır

nəxəli islamə də ğəvvas bu gəcə qan verəcəkədir

qan verərəkən özü qansızlamada, can verəcəkədir

canı qurban verəcəkədir

olmasa yarəsi kimsə, hərmi yarə gedənməz

hər guözün olmasa qan pərdəsi didarə gedənməz

hər baş aləmdə bəli izzətilən darə gedənməz

bəzəmi dildarə gedənməz

yetiəşər bir yerə, eylər öz-özündən səfər aşiq

eşq meydaninə şövqilə olar rəhəsüpər aşiq

həlqəyi darı görüb qanlı ləb ilə, öpər aşiq

əvvəlin mərhələyi əşəqidə başdan geçər aşiq

bu həyahu ida şövq ilə gəlib qafilə keçdi

saqiyi bəzmi şəhadət, gözəl insanları səçdi

qan şərabın, hərə zərfiyyətinin qədəricə içdi

fəqət Allaə, hamı heçədir

ta «tərani[1]» səsi məşuqidən ol cəmə yetişdi

cami ərvəndidə ta cilveyi dildar görüşdü

dəstə dəstə suda batmaqda, uşaqlar yola düşdü

bu səfər ayrı bir işdir

ayrı yol, ayrı gedişdir

daha göz görmədi məzlum balalardan əl üzüldü

gözümün pərdəsinə qat qarışıq səhənə düzüldü

sonra ta sübh açılınca qələm acizləmədə idi

nigəran baxmada gözlər, səhəri gözləməədə idi

fəcəri sadiq yarılarkən, gecəni bizləmədə idi

zülməti dizəlmədə idi

təkecə Allah bilir, sübh açılınca nələr, oldu

zülmətin bağrı dəlindi, qaş ağardı səhər oldu

qaralıq dərbədər oldu

gecə ğəvvaslara zəhrayi bətul (s.ə) arxa dayandı

qopdu bir qailə, xət sınmada düşman qovalandı

nəş, nəş üstə qalandı

səhər ərvənd coşub, mövc vurub başdan aşırdı

hələ vur-sındır idi xətdə,uşaqlar savaşırdı

yıxlıb bəzisi ərvənddə qanə bulaşırdı

hələ bəzisi yaşırdı

qan bələmlərdə daşırdı

daha səbrin çanağı çarpalanar kən calanırdı

nigəran gözəlrim ərvəndə baxırdı, sulanırdı

axtarırdı, tapa bilmirdi, dururdu, dolanırdı

hanı əbdullah şükufə, hanı sərdar i dilavər ?

hanı mənsur, hanı möhsnü ? hanı canbazi təkavər[2] ?

hanı raşid? hanı dəbbaği və sultani və nadir ?

hanı kazim, hanı əlvani və nəccari və qadir ?

məhdəvi lər hanı, səccad və rzalər hara getdi ?

şeyx əli lər hanı, ba eşəqu səfalər hara getdi ?

belə ki məlum olur, eşəqli başlar dara getdi!

Balasın gürməmış əbbas, ürəyində yara getdi

çox ürəkəlr para getdi

yəridir məzlum olan məşdəlidən də yad olsun

bələm içərə o ğəribanə düşəndən ad olsun

pak ruhu şad olunsun

şühəda məhflii məqətəldə qurulmuş nə səfalı

bəzəmi cananda, hamı cəm idi şəmin yəri xalı

yana, ta artıra halı

o vəfa məclisinin vardı nə qili nə də qalı [3]

ora, burdan çox aralı

nagəhan mövc vurub bir bələmi sahilə qardaş

ərcəüməndi[4] də şəm oldu o gözəl məhəfilə qardaş

doldu, doğruldu sınıq qafilə qardaş

bələm içrə başının qan şəfəqin şaxmada gördüm

eşq odi ilə əriyib, şəm kimi axmada gördüm

yandırıb yaxmada gördüm

göz düşüb gördü neçə qanə boyanmış qaralardan

qoy deyim mənzərələrdən :

bir tərəfdə yıxılan qol-boyun üç yoldaşı gördüm

bir tərəfdə yaralı simə dolaşmış başı gördüm

bir tərəfdə neçə xorşidiyə[5] batmış qaşı gördüm

bir tərəfdə başı yox bir yaralı qardaşı gördüm

mövc vuran qan yaşı gördüm

ğusli təthir olunub qan ilə tufan arasında

axirin subh namazı qılınıb qan arasında

bax bu sevdayə, olur can ilə canan arasında

qanlı meydan arasında

bağrı qan, gözləri qan, səcdəsi, səccadəsi qandır

meyu meyxanəsi qan, sağərı qan, badəsi qandır

bələmi qan, qələmi qan, vəsiyyətnaməsi qandır

uca boy qamətı qan, peykəri qan, caməsi qandır

ürəgı qan, sinəsi qan, göz yaşı qandır

yeri qan, türbəti qan, məqətli qandır, başı qandır

 

mövc gəhvarəsi ğəvvaslara, lay lay oxuyurdu

o qocalmış qarı da, rəngli kəmanın toxuyurdu

necə sızğın oxuyurdu:

lay lay ey cəbhələrin yorğunu, ey xəstə cavanlar

lay lay ey şəhədi şəhadtdən içib kamə çatanlar

lay lay ərvənd kənarında qızıl qanə batanlar

xoş yatın ey quru topraqların üstündə yatanlar

xoş yatın yaxşı yatıbsız

yaxşı baş fikrin atıbsız

yaxşı cananə çatıbsız

düzdü tarıxdə hal olmadı isarızı yazsın

hələ tezdir yaza bilməz

düzdü aləmdə çıxar olmadı əsrarızı qansın

qardaşım yox, qana bilməz

bütün aləm yığışa bircə anaz tək yana bilməz

bunu heç kim dana bilməz

düzdü səssız yaralandız, suya batdız, qanız axdı

düzdü zalım qudurub xəncərini sinəzə taxdı

düzdü siz can verəli boynu yoğunlar hamı baxdı

nisgiliz aləmı yaxdı

qoy qanız axsa da, axsın

əcnəbi[6] baxsa da baxsın

xəncərin taxsa da taxsın

nə qədər cismidə can var

nə qədər qolda tavan[7] var

nə qədər damarda qan var

daha çıxmaz yadımızdan, yadınız dildə qalandır

sizin avazeyi eşəqizlə cahan varsa cahandır

baş əyən, sizlərə qardaş uca dağlar ,savalandır

başı qar, sinəsi qandır

 

[1] - Hz Musa peyğımbır Allahdan “özünü mənə göstər” istədikdə xitab gəldi “lən təraniƏ demək məni görə bilməzsən. Əraf surəsinin 143ci ayəsi.

[2] - Hücumçu

[3] - qil u qal : hay küy

[4] - şair burada şəhid olan dostlarının adlarını çəkir.

[5] - iraq ordusu tərəfindən muharibə meydanindan qoyulan dəmir maniələrin adi

[6] - yabancı

[7] - güc

Add Comments