VİLAYƏT ŞƏHİDƏSİ

Aztabriz 13 views
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qızım Fatimə (s.ə.) əbədi оlaraq iki dünya qadınlarının хanımıdır. О, mənim cismimin yarısı, gözümün nuru, qəlbimin mеyvəsi və varlığımın ruhudur... Mеhrabda Allah dərgahında ibadətə başladığı vaхt nuru ulduz kimi səma mələkləri üçün parlayar. Bu zaman Allah-Taala mələklərinə buyurar: “Еy mələklər, Mənim hüzurumda ibadət üçün dayanmış kənizlərimin sərvərinə bir tamaşa еdin. Görün, dərgahımda bədəni nеcə əsir. О, bütün varlığı ilə mənə ibadət еdir...” “Fatimə (s.ə.) İbadət mehrabında dayanarkən müqərrəb mələklərdən yetmiş mini nazil olub, onunla danışarlar. Allah Fatiməni seçdi, pakladı və ona üstünlük verdi.” “Hər kəs Fatiməni sevsə, şübhəsiz, məni sevmiş və məni sevən də, şübhəsiz, Allahı sevmişdir.” “Həqiqətən, Allah Fatimənin razı olması ilə razı olar və qəzəblənməsi ilə qəzəblənər.”

Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günü ilə bağlı başsağlığı veririk

onüçü, rəvayətə görə, Böyük İslam Peyğəmbəri- Həzrət Muhəmməd(s.ə.s)-in əziz qızı və dünya şiələrinin birinci imamı, Əmirimominan Əli ibn Əbi Talib(ə)-ın həyat yoldaşı- Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günüdür.

Paklıq Əhli-Beyti(ə)-ın vurğunları məscidlər, hüseyniyyələr, dini məkanlar, həmçinin dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rza(ə)-ın müqəddəs Məşhəd şəhərində və Həzrət Məsumə(s.ə)-nın Qum şəhərindəki ilahi ziyarətgahlarında Böyük İslam Peyğəmbəri(s.ə.s)-in əziz qızı Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın məzlumcasına şəhadətinin matəm mərasimində iştirak edirlər.

Həzrət Fatimeyi-Zəhra(s.ə.) besətin beşinci ilində cəmadiussani ayının iyirmisində müqəddəs Məkkə şəhərində dünyaya gəlib.

O həzrət uşaqlıqdan atası, Böyük İslam Peyğəmbəri(s.ə.s)-in göstərişləri altında yüksək ilahi maarif ilə tanış olubdur.

Həzrət Fatimeyi-Zəhra(s.ə.) on səkkiz il ömür sürdükdən sonra o zamanın hökmranlarının çoxlu sayda zülmləri, həmçinin atası- Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı ilə bağlı qəm-kədər nəticəsində rəvayətə görə, 11-ci hicri qəməri ili cəmadiuləvvəl ayının 13-də və ya cəmadiussani ayının üçündə şəhid olubdur.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın rəvayətə görə, şəhadətinin gəlib çatması münasibətilə bütün dünya müsəlmanları və azadlıqsevərlərinə başsağlığı verir.

 

Add Comments