isirin Giza şəhərində kilsədə baş verən yanğında azı 41 nəfər həlak olub.
Misir Səhiyyə Nazirliyi Əbu Sayfeyn kilsəsində baş verən yanğında 41 nəfərin həyatını itirdiyini, 12 yaralının isə müalicə altına alındığını açıqlayıb.
Daxili İşlər Nazirliyi ilkin araşdırmalara görə, yanğına kilsənin ikinci mərtəbəsindəki kondisionerin nasazlığı səbəb olduğunu açıqlayıb.
Yanğının mərasim zamanı baş verdiyi və yaralananlar arasında 2 zabit və 3 mülki müdafiə əməkdaşının olduğu bildirilib.
Yerli mətbuatın yazdığına görə, uşaq bağçasının da olduğu kilsədə həyatını itirənlərin çoxu uşaq hesab olunur.